2
024-cü ilin birinci rübü FCB Artgroup Baku üçün məhsuldar dövr oldu!
Trilogy.News olaraq FCB Artgroup Baku-nun direktoru Ersel Serdarlını agentliyin uğurları eləcə də, şirkətin bu il qeyd edəcəyi 15 yaşına görə öncədən təbrik edirik!
Agentliyin rəhbərindən şirkətin builki inkişafı və qalib olduqları tenderlər barədə öz düşüncələrini bizimlə bölüşməsini istədik.
Agentliyin uğurlarından başa düşüləndir ki, ilin ilk rübü FCB Artgroup Baku üçün bir xeyli məhsuldar keçib. Baş tutan işlərdən bizi məlumatlandıra bilərsiniz?
"İlk öncə dəvətinizə və təbriklərinizə görə təşəkkür edirəm. 2023-cü ili 100-dən çox influenserin iştirak etdiyi Henkel brendləri üçün hazırladığımız kampaniya ilə yekunlaşdırdıq. 2024-cü ilə Gürcüstanda çəkdiyimiz və 20-yə yaxın ölkədə yayımlanacaq Tylolhot filmləri ilə başladıq. Daha sonra Bakcell-in sosial media agentliyi olaraq seçildik".
"Tam Kart üçün xidmətlər göstərdiyimiz ABB-nin ATL tenderində seçilmiş agentliklərdən biri olduq."
Bilirik ki, agentliyin uğurları Azərbaycan sərhədlərindən kənarda da öz sözünü deyir. Rəqabətin getdikcə artdığı bu sənayedə bəs başqa hansı xarici markalar FCB Artgroup-u seçdi?
"Biz Almaniyada yeni açılan ArtgroupCN BM ofisimizin ilk müştərisi olan Tekirdağ Rakının sosial media məzmunlarını öz öhdəliyimizə götürdük”.
"Trendyol-un Novruz kampaniyasında cinqlından tutmuş tədbirlərə qədər göz oxşayan həllər təklif etdik".
"Türkiyənin dəyərli brendlərindən olan Kınık-ın yeni butulka dizaynları, Emek Yağ-ın veb-saytı və Freebird Hava Yollarının yaradıcı işləri ilə Bakıdan müxtəlif coğrafiyalara kreativ xidmətlər göstərməyə başladıq."
"Əlavə olaraq, Bakcell-in rebrendinq prosesi zamanı məşhurlar və influenserlər ilə intensiv işimiz sayəsində on milyonlarla izlənmə əldə etdik".
"Bravo tenderində qalib gəldik və ilk işimiz Bravo Club ilə istehlakçıları salamladıq".
Agentlik daxilində gedişat nə yerdədir? Yaxın vaxt ərzində nə kimi dəyişikliklər olub və olacaq?
Tezliklə Azərbaycan üçün çox dəyərli bir brendin yaradıcılıq işini də öz üzərimizə götürdüyümüzü elan edəcəyik.
“Bununla belə agentlik tərkibində çalışan Nigar Qədirzadə Client Service Director, Nəzrin Əsgərova Client Service Supervisor, Ravid Rüstəmov və Adnan Süleymanlı Creative Group Head, Musa Əlşirazov Sr Graphic Designer vəzifəsinə yüksəldilər. Turan Vəliyeva, Elif Saygıner, Önder Başoğlu, Pərvanə Elxan, Əfsanə Eminli, Səttar Novruzlu, Teymur Babazadə ve Əziz Həziyev də komandamıza qoşuldu. Bu gün heyətimizin 34%-i təcrübə keçmək üçün bizə gələn insanlardan ibarətdir. Digər qürur mənbəyimiz odur ki, komandamızın 59%-i qadınlardan ibarətdir və biz Azərbaycanda Great Place To Work sertifikatına malik ilk və yeganə reklam agentliyiyik. Bu il 15 illik yubileyimizi Bakıda fəxrlə qeyd edəcəyik!”