“eBay” verdiyi bəyanatda Türkiyədəki filialı “GittiGidiyor”u bağlayacağını açıqlayıb. Şirkət “GittiGidiyor”un bağlanmasının onun ikinci rüb və ya maliyyə ili balansına ciddi təsir göstərəcəyini gözləmir.
“GittiGidiyor” birinci rübün sonunda “eBay”ə təxminən 4 milyon aktiv alıcı gətirdi.
Bu gündən etibarən satıcılar “GittiGidiyor” platformasında yeni elanlar yerləşdirə bilməyəcək, iyulun 18-dən isə alıcılar yeni alış-veriş edə bilməyəcək.
2011-ci ildə “Gittigidiyor”un 93 faizini alan “eBay” 2016-cı ildə bütün səhmləri alıb.
Daha çox
Startap
kateqoriyasından
View All