Gmail istifadəçilərinin bir çoxu qovluqlar əvəzinə etiketlərdən istifadə edirlər, lakin bu iki funksiya bir-birinə çox bənzərdir. 

Mailinizə hansısa etiketi əlavə edirsinizsə, mail ümumi inboksda qalmağa davam edir, lakin siz həm də həmin maili xüsusi etiket bölməsində görə bilirsiniz.

Qovluqlar isə etiketlərlə eyni olsalar da, bu funksiyadan istifadə edəndə siz maili birbaşa hansısa panelə köçürmüş olursunuz.

Məsələn iş yoldaşınızdan mail gəlib və siz bu maili daha əvvəldən yaratdığınız “İş” etiketinə əlavə edirsiniz. Mail həm “İş” etiketi ilə işarələnmiş maillərin qovluğunda olur, həm də inboksda. Lakin siz həmin maili “İş” qovluğuna göndərəndə maili yalnız qovluğun içində görə bilirsiniz.

Buna görə də mailinizi səliqəli saxlamaq üçün qovluqlar çox önəmlidir. Qovluqlardan fərqli olaraq etiketlərdən istifadə edərkən eyni anda bir neçə etiketi seçmək mümkün olur.

Qovluq funksiyasını istifadə etmək üçün mailinizin üzərində olan “Move to” funksiyasını seçin və email, yaxud email yazışmalarınızı uyğun bildiyiniz qovluğa əlavə edin. Bununla həmin mail ekranın sol tərəfində yerləşən panellərdən birinə əlavə olunacaq.

Məsələn tək bir müştəriyə aid iş ilə əlaqəli mailləri xüsusi qovluğa yerləşdirə bilərsiniz, eyni anda hansısa tədbirlə bağlı yazışmaları da fərqli qovluğa əlavə edə bilərsiniz. 

Gmail ekranında qovluq/etiket yaratmaq

1. Gmail-ə daxil olun və profilinizlə giriş edin.

2. “Settings” bölməsinə klikləyib “See all settings”i seçin.

3. “Labels” panelində ən aşağı hissəyə gedin və “Create new label” seçiminə klikləyin.

4. İstədiyiniz etiket adını yazın və “Create”ə klikləyin. Əgər etiketin içində başqa bir etiket (yəni məsələn “İş” etiketi > onun tərkibində isə “Frilans iş” etiketi) yaratmaq istəyirsinizsə, “Nest label under”a klikləyin və hansı etiketin əsas etiket olacağını seçin.

Posted 
Oct 24, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All