B

MT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 3-cü günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə  “Kiberhücumlar ətraf mühitə hansı təhlükələri yaradır?” mövzusunda panel sessiyası keçirilib.

Paneldə İRİA-nın Kibertəhlükəsizlik üzrə daimi inkişaf və araşdırma şöbəsinin rəhbəri Elman Kərimli, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə heyətinin sədri Elvin Balacanov iştirak ediblər.

Sessiyada müzakirə edilən əsas mövzulardan biri kibertəhdidlərin ətraf mühitə birbaşa və dolayı təsirləri olub. Kiberhücumların enerji istehlakını artırması, məlumat itkisi ilə nəticələnən fəaliyyətlərin resursların səmərəsiz istifadəsinə səbəb olması kimi faktorları diqqətə çatdırıblar.

Bununla yanaşı, müzakirələrdə rəqəmsal infrastrukturların dayanıqlı idarə olunması üçün hansı əməliyyatların həyata keçirilməli olduğu vurğulanıb. Ekspertlər ətraf mühitin qorunmasını nəzərə alan kibertəhlükəsizlik strategiyalarının hazırlanmasının vacibliyini qeyd ediblər.

Panel iştirakçıları vurğulayıblar ki, kibertəhlükəsizlik üzrə kadr hazırlığı zamanı kibertəhdidlərin ətraf mühitə yarada biləcəyi təhlükələr xüsusi diqqətə alınmalıdır. Tədris proqramlarında bu mövzuya yer ayrılması, gələcək mütəxəssislərin həm təhlükəsizlik, həm də ətraf mühitin qorunması baxımından məsuliyyətli qərarlar qəbul etməsini təmin edə bilər. Bu yanaşma, kiberhücumların yalnız texniki deyil, həm də ekoloji nəticələrinin qarşısının alınmasında vacib rol oynaya bilər.

Paneldə kibertəhdidlərin qarşısının alınmasında kibermaarifləndirmənin əhəmiyyəti xüsusi qeyd olunub. Çıxış zamanı ESG (Environmental, Security, Government) standartlarının kibertəhlükəsizlik üzrə tədris planlarına daxil edilməsi  təklif olunub  və bunun dayanıqlı idarəçilik baxımından əhəmiyyətli olacağı bildirilib.

Posted 
Nov 15, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All