"

ChatGPT”“DALL-E2” kimi süni intellekt modelləri marketoloqları kreativ ideyalarla təmin edə, onların vaxta qənaət etməsinə şərait yarada, hətta məzmun üçün vizual və video yarada bilirlər. Lakin bu modellərdə qeyri-dəqiqlik, müəllif hüquqlarının pozulmasıplagiat kimi potensial təhlükələr də olur. Necə olmasın?

ChatGPT and Generative AI in Content Marketing: How to Prepare
Insider Intelligence

Olmasın deyəndə ki, generativ süni intellekt modelləri məzmun marketinqinə əməlli-başlı təsir edir. Bu birincisi. Burada da ən çox təsir ideyanın yaradılmasında, vaxta qənaətdə və məzmun yaratmaqdadır. “Aira”nın 2022-ci ildə dünya üzrə baş tutan son sorğusunda deyilir ki, marketoloqların 58,9 %-i artıq bişməkdə olan kontentin qırağını-bucağını düzəltmək üçün süni intellekt vasitələrindən istifadə edirlər. İkincisi də ki, “ChatGPT” və bu kimi alətlərin işi bilirsiniz, nədir?
Daha da təkmilləşdirilmiş məzmuna malik məhsul qoymalıdır və ya bunun üçün çoxlu tər tökməlidir, əlaqəli olmalıdır, alıcı və müştəri davranışını izləməlidir, üstəgəl onu fərdiləşdirməlidir, bir çox, hətta milyonlarla rəqabət qabiliyyətli açar sözlər yaratmalıdır, üstəlik təkcə yaratmaqla kifayətlənməməli, bunlardan səviyyəli bir məzmun ortaya çıxarmalıdır və... Yazmaqdan özüm yoruldum... Nəhayət, sonda da məzmunu sınaqdan keçirməlidir ki, baxsınlar, bu ideya satarmı-satmazmı. Bu qədər şeyi bir beyin necə etsin axı… Bax, süni intellektlər bunu bir neçə saniyədə edir.

Shock horrors! How Inside No 9 makes the mundane unmissable | Television |  The Guardian
Foto: Sophie Mutevelian/BBC/Sophie Mutevelian

Bütün nəzərlərin süni intellektlərdə olmasına baxmayaraq, “Aira” sorğusunda marketoloqların yalnız 13 %-i belə hesab edir ki, robot beyni ilə ortaya çıxan fikir, real insanın ortaya qoyduğu fikirdən çox da fərqlənmir. Nəticə etibarı ilə çox da qorxmaq olmaz. “Insider” araşdırmasında deyilir ki, orijinal, brendə xas, nüfuzlu və yayıma hazır məzmun yaratmaqdan söhbət gedəcəksə, kontentmeykerlərin əvəzolunan varlığa çevrilməsi ehtimalı bir xeyli aşağıdır. 

Joaquin Phoenix "Joker" filmində. WARNER BROS.

Bir sözlə, sözügedən qaynaq tövsiyə edir ki, məzmun yaratmaq üçün “ChatGPT” və süni intellektdən kontent strategiyası hazırlamaq olar. Bunun üçün düzgün resurslardan istifadə etmək, performans üçün sınaqdan keçirmək, araşdırma aparmaq, bir də mümkündürsə, insan elementini əlavə etmək ümdə məsələlərdən olmalıdır.

Posted 
May 29, 2023
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All