A

zərbaycanın yerli istedadları ilə reportaj seriyamızın ilk qonağı rəssam, bədii dizayner və divar sənətçisi Elnur Şirinovdur.

Elnurun bir-birindən gözəl işləri haqqında məlumatı və birlikdə etdiyimiz söhbətimizi zövq alaraq oxumağınızı diləyirik!

Zəhmət olmasa özünüzü təqdim edin & Rəssamlığa nə vaxt başladınız?

Mən gənc rəssam Elnur Şirinov. Kiçik (5,6) yaşlarımdan rəssamlıq sənətinə böyük marağım var.

Sosial media haqqında fikirlərinizi öyrənmək olar?

Hazırki dövrdə sosial media insanların həyatında mühüm rol oynayır. Əsasən mənim kimi gənclər, istedadlı şəxslər media üzərindən öz işlərini nümayiş elətdirməklə yanaşı zamanla müəyyən kütləyə sahib olurlar və nəticədə uğur qazanmağa başlayırlar.

Sizin fikrinizcə, rəqəmsal dünyada uğurlu olmaq üçün nələr vacibdir?

Uğur qazanmaq hər bir istedadlı şəxsin arzusudur. Mənə sosial media üzərindən fərqli şəxslər tərəfindən yüzlərlə mesajlar gəlir. Ən əsas suallardan biri də bu olur ki biz necə sizin kimi kütləyə sahib ola bilərik? Qeyd edim ki mən illərlə səbrlə əl işlərimi insanlarla bölüşərək zamanla onlarda maraq yaratmağa başlamışam. Bu marağın yaranmasında əsas səbəblərindən ən önəmlisi bəzən sənətə fərqli yanaşmalarım olub.

İndiyə qədər həyatakeçirdiyiniz ən uğurlu layihəniz hansıdır?

Ən favorit işlərimdən biri 2015 ci ildə ilk dəfə qum ilə çəkdiyim rəsmlər olub. Həyatımda İlk dəfə olaraq bir neçə saat üzərində çalışdığım rəsmlər yarışmada 1 ci yerə layiq görüldü. Bu mənim ən qeyri adi qalibiyyətim və ən uğurlu işlərimdən birincisi olmuşdu. Son 3 ildə həm də divar rəssamlığı ilə məşğulam. Hazırda həm də bu mənim işimdir. Düşünürəm insan üçün həyatda ən gözəl bəxşişlərdən biri də sevdiyi işi görməsidir.

Rəssam olmaq istəyənlərə nə məsləhətverə bilərsiniz?

Rəssam olmaq istəyən dostlarımıza da bir neçə məsləhətim var:

1. Sənətinizə maliyyə məqsədi ilə başlamayın. Bu çox yanlışdır.

2. Qorxularınızın üzərinə getməyi bacarın.

3. Unutmayın ən gözəl rəsmlər yüksək iradəniz sayəsində yaranan rəsmlər olacaq.

4. Dayanmadan, yorulmadan sənətinizin incəliklərini insanlarla paylaşmağı bacarın.

Sosial mediada sizi necə tapmaqolar?

Sosial medialar mənim emalatxanalarımdır.

Facebook, Instagram, Youtube, Twitter, Linkedin, Pintereset, TikTok sosyal şəbəkələrindən məni tapa bilərsiniz.


Posted 
Jun 22, 2021
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All