İRİA-nın Kibertəhlükəsizlik komandası beynəlxalq CTF yarışında uğura imza atıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kibertəhlükəsizlik komandası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMSEC) tərəfindən təşkil olunan kibertəhlükəsizlik üzrə beynəlxalq CTF yarışında ikinci yeri tutub.

18 ölkənin müxtəlif komandaları ilə yarışan Azərbaycan qalibiyyət üçün Pakistan, Küveyt, Qətər və Livan komandaları ilə başabaş mübarizə aparıb. Hər bir komanda 4 CTF mütəxəssisindən ibarət olub və iştirakçılar yarışma boyunca öz texniki bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, finalçılar noyabr ayında İstanbulda baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər. 4 noyabr 2024-cü il tarixində İSEDAK Nazirlərinin 40-cı iclası çərçivəsində keçiriləcək tədbirdə qalib komanda üzvlərinə Prezident İdarəsi tərəfindən mükafatlar təqdim olunacaq. Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində xüsusi təlimlərin də təşkil ediləcəyi planlaşdırılır.  

Posted 
Sep 23, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All