1. İlk növbədə, “MedicNext” komandasının tibb sahəsinə olan marağı ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, bu sahədə hansısa təcrübəniz və ya marağınız olubmu?

Maraqlıdır ki, komanda üzvləri tibb sahəsi ilə bağlı olan ailələrdən gəlib. Ümumiyyətlə, hər birimizin səhiyyə və sağlamlıq mövzusuna həmişə marağımız olub. Bu haqda son araşdırmaları və statistikaları oxuyur və izləyirik. Tibb aləmində çox məşhur olan “Lanset” akademik jurnalı ən çox izlədiyimiz dərgilər sırasındadır. Ona görə də “MedicNext” ideyası yarananda, hamımız işə həvəslə  başladıq.

2. “MedicNext” startapının hekayəsini bizimlə bölüşə bilərsinizmi? Necə oldu ki, belə bir işə başlamağa qərar verdiniz? 

Əslinə “MedicNext”in yaranma ideyası arxasında  şəxsi yaşanmış bir hekayə durur. Belə ki, bir neçə ailə üzvümüzə xaricdə müalicə almaq lazım oldu. Mən də öz təcrübəmdə bunun nə qədər çətin və riskli bir proses olduğunu gördüm. İstəlinən çətin anda insanın qarşısında iki seçim durur: ya təslim olub, hər şeyi öz axarına buraxmaq, ya da mübarizə aparıb problemin həllini tapmaq. Biz ikinci yolu seçdik və bu çətin prosesi keçdikdən sonra düşündük ki, xaricdə həkim tapmağı və həkimə yazılmağı insanlar üçün daha rahat formada etmək lazımdır. Bu problemin bir həlli olmalıdır.

Niyə xaricdə otel axataranda  “booking.com” və ya “airbnb” kimi platformalar üzərindən hər şeyi rahatlıqla planlaya bilirik, amma xaricdə həkim lazım olduqda çox çətin, uzun və riskli proseslərdən keçməli oluruq? Axı xaricdə müalicə almaq məcburiyyəti qarşısında qalan insanlar az deyil. Komandamız bu yola “Biz bu sahədə insanların həyatını necə rahatlaşdıra bilərik?” məqsədilə çıxdı. 

3. Bəs sonradan proses necə davam etdi və hansı maneələrlə qarşılaşdınız? Kimlərdən dəstək aldınız?

Çətinliklər hələ də var və hər dəfə  də kontekstə uyğun olaraq formasını dəyişir. Lakin həmin an ən çətini ideya müzakirəsi və strategiya qurmaq mərhələsindən çıxıb implementasiyaya keçmək idi. Yəni daha az danışıb, daha çox iş görmək. Əslində “ideation” mərhələsindən “implementation”a nə qədər tez keçilsə bir o qədər yaxşıdır, əks halda  ideya elə vərəqdə qalacaq və heç vaxt həyata keçməyəcək. Bu çətinliyi aşmaqda sənə öz həmfikirlərini, səni dəstəkləyən, bu prosesin çətinliyi başa düşən və sənin getdiyin yolu gedən insanları tapmaq çox yardımçı olur. Mən həmişə bu fikirdə olmuşam ki, “startup” ideyanın uğuru düşdüyü mühitdən, onu anlaya biləcək insanların çoxluğundan asılıdır. İdeya şəklində olan bir toxum əlverişli mühitdə torpağa düşürsə, o mütləq cücərib gözəl məhsul verəcək. 

4. “MedicNext” tam olaraq hansı fəaliyyətlə məşğul olur? İnsanlara necə kömək edir? 

Hazırda “MedicNext”in əsas məqsədi insanların səhhətlərində yaranmış problemlərlə əlaqədar xaricdə olan həkim və klinikalara müraciətlərini asanlaşdıracaq rəqəmsal bir platforma yaratmaqdır. Bu platformaya daxil olan istifadəçi ona lazım olan xəstəxana və həkimi tapıb müstəqil şəkildə tapıb ona müraciət edə, həm onlayn, həm də canlı formatda görüş ala biləcək. Platforma üzərindən həkimlə ilkin tanışlıq da ola bilər, ikinci rəy də alına bilər, ümumiyyətlə səhhətinizlə bağlı istəlinən suala cavab tapıla bilər. Təqdim edəcəyimiz rəqəmsal platforma peşəkar həkimlərin axtarışı (ilkin olaraq Türkiyədə), onlardan ödənişli onlayn
konsultasiyaların alınması və Türkiyə hospitallarına səfəri planlamaq üçün əlverişli bir vasitədir. İstifadəçilərimizə nə təklif edirik? 

  • Tam onlayn proses;
  • Asinxron və ya video zəng üzərindən həkimlə konsultasiya xidməti;
  • Hospitala getməzdən əvvəl xərclər haqqında tam məlumatlandırma;
  • Şəxsi kabinet üzərindən bütün prosesin idarə edilməsi.

5. Kimlər  və hansı sağlamlıq problemi olanlar sizə müraciət edə bilərlər?

Databazamızda Pediatriya, Dermotologiya, Endokrinologoya, Psixoterapiya (uşaqlar və böyüklər üçün), Kardiologiya, Onkologiya, Ümümi terapiya, Dietologiya kimi sahələr üzrə həkimlər var. Biz Türkiyənin ən öndəgedən klinikaları ilə əməkdaşlıq edir və ən yaxşı həkimlərlə onlayn konsultasiyalar təşkil edirik.

6. “MedicNext” olaraq "SABAH.lab"ə qoşulma prosesindən bəhs edə bilərsiniz? Hansı mərhələlərdən keçdiniz?

“SABAH.lab” haqqında  bizdən əvvəlki buraxılışlardan olan komandalardan eşitmişdik və onlardan aldığım müsbət fikirlərdən müraciət etmək qərarına gəldik. Seçim bir neçə mərhələdən ibarət idi. İlk öncə müraciət formasını və üç dəqiqəlik “video pitch” təqdim etdik. İkinci mərhələ isə müsahibə prosesi oldu, fərqli və maraqlı suallar verildi. Son dəqiqəyə qədər keçib keçmədiyimizi bilmirdik, ona görə də xəbəri alanda çox sevindik.

7. "SABAH.lab"ə qoşulduqdan sonra “startap” layihənin gedişatı müsbət yöndə necə dəyişdi? Sizə necə töhfə verirlər?

Zənnimcə “Sabah.lab”ə qoşulmaq startapımız üçün dönüş nöqtəsi oldu. “Sabah.lab”də biz axtardığımız həmkifirləri tapdıq. İstər həftəlik görüşlər və ya keçirilən “workshop”lar, istərsə də təcrübəli mentorlar baxımından hərtərəfli dəstək aldıq. Bundan sonra bizə qalan bu dəstək və etibara arxalanıb ilk addımları atmaq idi.

Normalda bir neçə ay çəkə biləcək proses “Sabah.lab”də olan peşəkar mühit hesabına bir neçə həftə ərzində test edilib nəticə verə bilər. Bu çox vacibdir, ancaq eyni zamanda bu sürətlə işləmək də olduqca çətindir. Lakin yaxşı nəticə əldə etmək üçün  başqa cür mümkün deyil. 

8. Hansı xəstəxana və həkimlərlə əməkdaşlıq edirsiniz?

Hal-hazırda “Anadolu Sağlıq John Hopkins”, “Medipol”, “Liv Hospital”, “Hisar Hospital”, “Medivia Hospital” kimi böyük xəstəxanalarla rəsmi əməkdaşlığımız var. Siyahının genişləndirilməsi üzərində də iş davam edir.

9. Bilməyənlər üçün, sizə necə müraciət etmək və ya əlaqə saxlamaq barədə məlumat verə bilərsinizmi?

Bizə sosial media (facebook, instagram və ya whatsapp), həmçinin də https:/.medicnext.com səhifəsi üzərindən müraciət etmək mümkündür.

Posted 
Feb 28, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All