isir Cəfərov və Nicat Manafov tərəfindən qurulan sürətli çatdırılma tətbiqi olan Fonibo, Səudiyyə Ərəbistanında yerləşən DAAL Venture Capital-dan investisiyaaldı.
Pandemiyaya görə Azərbaycanda sürətli çatdırılma / bağlama çatdırılma bazarı getdikcə böyüyür və bununla birlikdə rəqabət də artır. Fonibo, Səudiyyə Ərəbistanında yerləşən DAAL Venture Capital-dan aldığı investisiyanın təsiri ilə bu rəqabətdə bir addım daha irəlidə yer alacaq.
55.000-dən çox məhsul növünə sahib olan Fonibo hal hazırda yalnız Bakıda fəaliyyət göstərir. Şirkət, müştərilərinə 15 dəqiqəlik qısa bir çatdırılma müddəti vəd edərək rəqiblərini də geridə buraxır. Qısa müddətdə geniş bir istifadəçi sayına çatan xidmət, məhsulları supermarketlərdən, restoranlardan və digər pərakəndə satış nöqtələrindən götürərək minlərlə insana evlərindən çıxmadan çatdırır. Sürətli çatdırılmanın arxa planında yatan sürətli marşrut planlaması və avtomatlaşdırılmış həll yolları Fonibo'nun bu xidməti heç bir anbarı olmadan insanlara təqdim etməsini təmin edir.
Azərbaycanda baş verən bu cür inkişafları görmək sevindirici haldır. Ümid edirik ki, tezliklə daha çox start-up şirkəti bu cür investor şirkətlərin diqqətini cəlb edəcək...
Tətbiqi həm App Store-dan, həm də Google Play Store-dan yükləyə bilərsiniz.