"Apple""Epic Games" razılığa gəldi!

4 illik hüquqi proses və müzakirələrdən sonra "Fortnite" çox yaxında iOS-a gələcək.

Fortnite Battle Royale - Mobile Reveal Trailer

"Epic Games" "Apple" arasındakı "Fortnite" mübahisəsi 2020-ci ilin avqust ayına təsadüf edir. "Epic Games" "Fortnite" üçün "Apple"ın öz ödəniş sisteminə məhəl qoymayan bir ödəniş sistemi tətbiq etmişdi. "Apple" isə bu davranışı öz siyasətlərinə zidd hesab etdiyi üçün "Fortnite"ı App Store-dan silməklə bütün oyun dünyasını şoka salmışdı. "Epic Games"in "Apple"ı məhkəməyə verməsi və məhkəmənin əsasən "Apple"ı haqlı görməsi ilə davam edən proses 2024-cü ilin yanvarında tamamilə həll olundu.

"Epic Games" və "Apple" arasındakı hüquqi problemlərin həlli ilə "Fortnite"ın iOS üçün yenidən buraxılması gözlənilən bir inkişaf idi. Epic Games CEO-su Tim Sweeney "X" hesabında hələ də "Apple"ın siyasətlərini qəbul etməsələr də, oyunu App Store-da yayımlamağa qərar verdiklərini açıqlayıb. "Apple"ın yeni App Store siyasəti indi tərtibatçılara öz ödəniş sistemlərindən istifadə etməyə və alternativ proqram mağazaları açmağa imkan verir. Bununla belə, "Apple" tərtibatçılara bu əməliyyatlardan da komissiya alacağını açıqlayıb.

Qeyd edək ki, "Fortnite"ın Avropadakı iOS istifadəçiləri üçün tam olaraq nə vaxt əlçatan olacağı hələ məlum deyil.

Posted 
Jul 1, 2024
 in 
Gaming
 category

Daha çox

Gaming

 kateqoriyasından

View All