A

I sinə xərçəngini aşkar edib

Deyilənə görə, süni intellekt proqramı bir qadında dörd il əvvəl inkişaf etmiş döş xərçəngini uğurla aşkar edə bilib. Süni intellektlə bağlı bəzi faktlar olduqca qorxulu səslənsə də, onun texnologiyadakı irəliləyişlərə böyük fayda verdiyi hallar da olur. Potensial problemləri daha zərərli bir şeyə çevrilməmişdən əvvəl aşkar etmək üçün xərçəng skrininq texnologiyasından istifadə olunub. Bu texnologiya artıq Macarıstanda böyük uğur əldə edib, ABŞ, Böyük Britaniya və Avropanın qalan hissəsi də bu texnologiyanı özləri üçün sınaqdan keçirməyi planlaşdırırlar.

Bəlkə “iPhone 15” adapteriniz olar?...

“Apple” “iPhone 15” seriyasına özəl, MFi sertifikatlı, USB-C adapterları üçün hazırlıqlara başlayıb. “Apple” xəbərləri ilə məşhur olan Minq - Çi Kuo şirkətin “iPhone 15” üçün MFi sertifikatlı USB-C enerji cihazlarının sürətli enerji yığmaq performansını optimallaşdıracağını bildirdi. Daha dəqiq desək, “Made for iPhone” (MFi) funksiyasını dəstəkləməyən, başqa şirkətlərə aid USB-C kabellərindən istifadə edilərsə, bu smartfonlarda enerji toplamaq sürəti xeyli azalacaq. Qısası, çalışın başqa adapterdən istifadə etməyin.

“Togg” ön sifariş sayında rekord qırıb

“Twitter”də verdiyi açıqlamada “Togg” bir həftə ərzində  100 min ön sifarişə çatdıqlarını açıqlayıb. İlkin sifarişlər üçün son gün 27 mart, çəkiliş üçün isə 28 martdır. Türkiyənin yerli avtomobil layihəsi olan “Togg” ötən həftələrdə ilk elektrikli avtomobilləri olan “Togg T10X”i 953 min TL-dən başlayan qiymətlərlə satmağa hazırlaşdıqlarını və qısa zamanda ön sifariş almağa başlayacaqlarını açıqlamışdı. Elə bir həftə əvvəl də sifariş almağa başlayan şirkət “Twitter”də artıq 100 min ön sifarişə çatdıqlarını açıqlayıb.

“Togg” həmçinin xidmət nöqtələri üçün “Bosch Car Service” ilə də əməkdaşlıq etmişdi. “Togg” tərəfindən paylaşılan məlumata görə, ümumilikdə 10 təcrübə mərkəzi, 8 mobil təcrübə mərkəzi, 10 çatdırılma məntəqəsi və 20-dən çox xidmət nöqtəsi fəaliyyət göstərəcək.

“Lun” şirkəti böyük yatırım aldı

Evlərdə enerji istehlakı üsulunu dəyişdirməyi hədəfləyən “Lun”, 10,3 milyon dollarlıq investisiya alıb. Martin Collignon və Anders Valentin tərəfindən təsis edilən “Lun”, ekoloji cəhətdən təmiz və daha ucuz olan isitmə sistemi təklif edən istilik nasoslarının dekarbonizasiyası üzrə proqram təminatını hazırlayır. Xüsusilə Avropada enerji qiymətlərinin artması və Rusiya qazından asılılıq, Ukrayna müharibəsi ilə birlikdə narahatlığa səbəb olmuşdu. Bütün bunlar prosesi alternativ enerji mənbələrinə yönəldib. Qeyd edək ki, Londonda yerləşən şirkət 2013-cü ildə üç sahibkar, Ceyms Conston, Endi Kilner və Alis Tayler tərəfindən yaradılıb.

“Twitter” maliyyə böhranı ilə üz-üzə!

Keçən il təqdim etdiyi “Blue” abunəliyini dəyişdirən “Twitter” maliyyə problemi ilə üzləşib. “Twitter”i aldıqdan sonra etdiyi köklü dəyişikliklərlə gündəmə gələn İlon Mask maliyyə baxımından gözlədiyi effekti görə bilməyib. “TechCrunch”ın hesabatına görə, “Blue” abunəçilərinin “Twitter”ə verdiyi töhfə cəmi 11 milyon dollar olub. “The Verge” bildirir ki, “Blue”ya daha çox istifadəçi cəlb etmək üçün abunələrin mavi işarələrinin görünməsini dəyişə bilərlər.

Bu funksiya hələ istifadəyə tətbiq olunmasa da, prosesin istifadəçilərin mənfi reaksiyalarına səbəb olacağı gözlənilir.

Type-C portlu “AirPods Pro 2” gəlir!

Sızdırılan məlumata görə, “Apple” yeni “AirPods Pro 2” modellərində Type-C portuna yer ayıracaq. Tanınmış analitik Ming Chi-Kuonun fikrincə, “Lightning” portlu “AirPods Pro 2”nin Type-C versiyası satışa buraxılacaq.

Kanaldakı cazibədar aparıcı AI məhsulu imiş...

Rusiyada yerli televiziya kanalı süni intellektin hava xəbərləri aparıcısını təqdim edib. Snezhana Tumanovanın adını daşıyan AI  tamaşaçılara dəqiq və maraqlı hava proqnozları təqdim etməyi hədəfləyir. Kanalın açıqlamasında bildirilir ki, o, virtual server, mətn hazırlanması və vizual məzmunun yaradılması vəzifəsini də öz üzərinə götürüb. Proqram həftənin hər günü yayımlanacaq və tamaşaçılara mütəmadi olaraq hava haqqında məlumat veriləcək.

Bir dövrün sonu: “Toshiba” 15 milyard dollara satılır

Bir vaxtlar görkəmli texnologiya şirkətlərindən biri olan “Toshiba” son zamanlar çox çətin bir dövr yaşayır. Məlumatlara görə, “Toshiba” “JIP”in 15 milyard dollarlıq təklifini qəbul edib. Son altı il ərzində “Toshiba”nın ən böyük səhmdarı Sinqapurda yerləşən, Yapon direktorları tərəfindən idarə olunan və gizli fond olan “Effissimo Capital Management” olub və şirkət “Toshiba”ya ağır təzyiqlər göstərib. “Toshiba” isə keçən yazdan satış təkliflərini dəyərləndirirdi. Bunlar arasında yalnız “JIP” real təklif edib və başqa heç bir fond şirkəti əldə etmək üçün uyğun təklif verməyib.

Posted 
Mar 27, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All