exnologiya nəhəngi “Google”un ilk işçilərindən biri və dünyaca məşhur onlayn video paylaşma və sosial media platforması “YouTube”un “CEO”su Susan Voyçiçki işçilərə göndərdiyi elektron məktubda istefa verdiyini açıqlayıb.
2014-cü ildən bu vəzifədə çalışan 54 yaşlı Voyçiçkini onun müavini Nil Mohan əvəz edəcək. Voyçiçki işçilərə göndərdiyi elektron poçtda "ailəsinə, sağlamlığına və şəxsi layihələrinə" vaxt ayırmağı və Alphabet-də mentorluq etməyi planlaşdırdığını söylədi.
Əvvəllər “Google”da reklam məhsulları üzrə baş vitse-prezident olan Voyçiçki 2014-cü ildə “YouTube”un “CEO”su olub. 2008-ci ildə “Google”a qoşulan Stenford Universitetinin məzunu Mohan isə diqqətini “YouTube”da “Shorts” və “Musiqi” yaratmağa yönəltmişdi.
CEO dəyişikliyi xəbəri Google səhmlərinin 1%-dən az ucuzlaşmasına səbəb olub. Bu, YouTube-un reklam gəlirinin “TikTok” və “Facebook”un reels videoları və Netflix kimi platformaların izləmə vaxtına gorə rəqabətdə düşməsindən sonra baş verdi.