Aloud” adlı funksiya süni intellekt tərəfindən dəstəklənir.
“Google”un biznesin inkişafı mərkəzi kimi tanınan “Area 120” daxilində işləyən bir şirkət “YouTube” üçün tamamilə yeni süni intellektlə dəstəklənən dublyaj funksiyası hazırlayıb. Hazırda bir neçə dildə mövcud olan funksiyanın gələcəkdə “YouTube”un daxili dublyaj funksiyasını əvəz edəcəyi şübhəsizdir.
“Aloud” adlı süni intellekt aləti həm də məzmun istehsalçılarının işini asanlaşdıracaq, çünki proses dəqiqələr ərzində bitir. "Aloud" videonu əvvəldən axıradək təhlil edir və bütün səsləri mətnə çevirir. Məzmun sahibi bu mətni oxuyur, istəyərsə, dəyişdirir. Süni intellekt mətn üzərindən dublyaj yaradır. Tərtibatçılar komandası gələcəkdə mətnlərə ehtiyac olmayacağını, videodakı səs və mimikanın dublyaj üçün kifayət edəcəyini bildirir.
Hələlik ingilis, ispan və portuqal dillərində dublyaj yarada bilən süni intellekt aləti 2024-cü ildə daha çox funksiya ilə təmin ediləcək. Məsələn, orijinal səsin istifadəsi. Bu funksiya aktivləşdirildikdə, bütün məzmun istehsalçıları öz səsləri ilə dublyaj yarada biləcəklər. Beləliklə, bir yutuber bir neçə kliklə bütün dünyada istifadəçilərə çata biləcək.
"Aloud" ilə dublyaj olunan bir video