Maşın sürəndə, idman edəndə və ya ev işləri görəndə podkast dinləmək vizual kontentlərə nəzərən, dinləyiciyə daha çox azadlıq verir. Podkastın audio kontent olması ona imkan verir ki, siz heç nəyi izləmək məcburiyyətində qalmadan yeni məlumatlar ala biləsiniz.

Statistikalara görə, Amerikada hər ay 100 milyondan çox insan podkast dinləyir. Təəssüf ki, Azərbaycan üçün məlumat yoxdur.

Trilogy.News sizə bu yazıda “Deloitte Insight”ın 2022-ci il Qlobal Marketinq Trendləri hesabatından podkast marketinqin əhəmiyyətindən danışacaq.

“Edison Research Super Listeners”in 2021-ci il hesabatına görə, podkast reklamları 86%-lə ən çox yadda qalan reklam növləridir. İstehlakçılar görüntülü reklamdan fərqli olaraq podkast reklamları sayəsində markaları 4 dəfə daha çox xatırlayır.

“Nielsen” sorğularının birində iştirakçıların 70%-i podkast reklamının yeni məhsul, yaxud xidmətlə bağlı daha çox fərqindəlik yaratdığını bildirib. Bundan əlavə, “YouTube” reklamlarından fərqli olaraq, sorğu iştirakçılarının 33%-i podkast reklamlarını ya nadirən, ya da heç vaxt ötürmədiklərini bildiriblər.

Podkast reklamlarında məhsul, yaxud xidmətlə bağlı məlumatlardan əlavə, şəxsi təcrübələrdən danışılır və promo kodları, yaxud endirimlər təklif edilir.

Posted 
Jun 23, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All