“TikTok”un “Google” üçün yaratdığı təhlükə yalnız “YouTube” ilə məhdudlaşmır. Belə ki, “Search” və “Maps” kimi “Google” məhsulları gənc istifadəçilərin sosial media seçimlərindən və əsasən videolara üstünlük verməsindən təsirlənir.

“Google”un Elm və İnformasiya təşkilatınının baş vitse-prezidenti “Google” məhsullarının gələcəyi və onun süni intellektdən istifadəsi ilə bağlı “Fortune” jurnalının “Brainstorm Tech” konfransında bu mövzu ilə bağlı məşhur sosial tətbiqetmələrə istinad edib.

“Biz hər gün daha yaxşı anlayırıq ki, yeni nəsil internet istifadəçilər vərdiş etdiyimiz gözləntilərdən və düşüncə tərzindən uzaqdır. Onların verdiyi sorğular çox fərqlidir. Yeni nəsil istifadəçilər açar sözlər yazmağa meyilli deyillər, əksinə kontentləri yeni, daha təsirli yollarla kəşf etməyə çalışırlar. Araşdırmalarımıza əsasən gənclərin demək olar ki, 40%-i nahar üçün yer axtararkən “Search” və ya “Maps”dən istifadə etmir, birbaşa “TikTok” və ya “Instagram”a daxil olurlar”, - deyə vitse-prezident bildirib.

Bu gün “Google” istifadəçilərin telefonları ilə və ya AR eynəklər ilə görüntüyə əsasən axtarış edə biləcəkləri gələcək xəyal etdiyi üçün vizualları və mətnləri birləşdirmək niyyətindədir.

Amma istənilən halda “Google” artıq bəzi istifadəçilərin yeni yerlər və ya məlumatlar kəşf etmək istədikləri zaman ilk dayanacaq olmaması ilə bağlı mübarizə aparmalıdır.

Posted 
Aug 7, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All