Yemeksepeti” alternativ çatdırılma üsullarını günü-gündən artırır. “Jet Ski”dan sonra marka bu dəfə daha bir uğura imza atıb və dron ilə yemək çatdırılması edib.
Türkiyədə qabaqcıl yemək çatdırılması şirkətlərindən olan “Yemeksepeti” Bosfor boğazında həyata keçirdiyi bu yeni çatdırılma sistemi ilə gələcəyin üsullarına bu gündən keçid edərək vacib bir addım atmış oldu.
“Yemeksepeti” layihə çərçivəsində dron texnologiyası ilə proseslərin inkişafı sahəsində mütəxəssis olan “Teknokurgu” ilə əməkdaşlıq edib. Belə ki, “Yemeksepeti” istifadəçisi koordinatları ilə sifariş etdikdən sonra sahildəki restoranda hazırlanan sifariş drona yüklənib. Təxmini 3,5 kq ağırlığında olan yemək gəminin olduğu yerə kran vasitəsilə endirilib.
“Yemeksepeti” gələcəkdə alternativ çatdırılma üsullarını artırmaq niyyətindədir. Markanın daha uzaq məsafələrə və geniş şəkildə dron ilə çatdırılma etdiyi yeni pilot layihəsi olduqca böyük önəm daşıyır. Bu sahədəki yenilikləri yaxından izləyən və həyata keçirən “Yemeksepeti” dron ilə çatdırılmanın geniş yayılması yolunda qabaqcıl olmağa və yeni üsulları sınaqdan keçirməyə davam edəcək.