"
Bloomberg"dən Mark Gurman-ın sözlərinə görə, “Apple” 15 düymlük displey və M2 çipli MacBook Air təqdim edə bilər. “Apple” ötənilki “WWDC”də yenidən dizayn edilmiş və M2 ilə təchiz olunmuş 13 düymlük “Air”i təqdim etmişdi. Buna görə də “Air” gözləntisi çox da yüksək deyil.
Buna baxmayaraq, 13 düymlük M2 MacBook Air və 13 düymlük M2 MacBook Pro modellərinin təqdimatı baş tuta bilər. Digər tərəfdən, avadanlıq təminatı olaraq geri qalan “Mac Studio”nu xatırlada bilərik. Mövcud məhsullar M1 Max və M1 Ultra çip konfiqurasiyalarına malikdir, buna görə də “Apple”dan sadəcə yeniləmə gözlənilir. Açıqlamalara görə, Mac Studio modelləri M2 Max və elan olunmamış M2 Ultra çipi ilə yenilənə bilər.
Daha çox
Texnologiya
kateqoriyasından
View All