"WhatsApp" istifadəçilərə əlaqələri birbaşa tətbiqdə saxlamağa imkan verən yeni funksiyanı elan edib. Bu yenilik ilə birgə telefonunuzu itirsəniz belə, əlaqələr "WhatsApp"ın bulud yaddaşında saxlanacaq.
Əvvəllər "WhatsApp" yalnız kontakt bölməsində qeyd olunan nömrələri sinxronlaşdırırdı. Bu funksiyanı aktiv etməklə kontaktı istənilən cihazda, o cümlədən "WhatsApp"ın veb versiyası və "Windows"da saxlamaq mümkün olacaq.
Şirkət həmçinin, tətbiqdə əlaqələri saxlamağın təhlükəsizliyini təmin etmək üçün IPLS adlı yeni şifrələmə sistemi inkişaf etdirib. Gələcəkdə "WhatsApp"da istifadəçi adları ilə ünsiyyət qurulması da mümkün olacaq.
Daha çox
Texnologiya
kateqoriyasından
View All