zərbaycanda İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən Azerconnect Group və dünyanın aparıcı telekommunikasiya şirkəti Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Tərəfdaşlıq müqaviləsi Azerconnect Group-un rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzi, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələr üzrə təkmilləşdirmə işlərini sürətləndirəcək. Vodafone ilə tərəfdaşlıq Azerconnect Group-a biznesin səmərəliliyini daha da artırmaq və əlavə dəyər yaratmaq imkanı verəcək.
Azerconnect Group-un Baş direktoru Emil Məsimov bildirib:
"Azerconnect Group Azərbaycanda uğurlu fəaliyyət tarixi olan ən böyük İKT şirkətidir. Bu tərəfdaşlıq sayəsində biz Vodafone-un zəngin qlobal telekommunikasiya təcrübəsindən faydalana bilərik. Hesab edirəm ki, bu tərəfdaşlıq ölkəmizin İKT sektorunun dayanıqlı inkişafına ciddi təkan verəcək”.
Vodafone-un Tərəfdaş Bazarları üzrə Baş İcraçı direktoru Petr Dvorjak əlavə edib:
“Azerconnect Group innovativ şirkətdir və Azərbaycan bazarında liderdir. Tərəfdaşlıq çərçivəsində, telekommunikasiya və biznes texnologiyaları sahələri üzrə təcrübəmizi bölüşmək və müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində işlərə başlamağı səbirsizliklə gözləyirik”.