ream Games tərəfindən hazırlanan Royal Match adlı oyun, 10 ildən çox bazar lideri olan Candy Crush-ın liderliyini əlindən aldı.
“Apple” və “Google” mağazalarında edilən xərclərin hesabatını verən “Data.ai” araşdırma şirkətinin məlumatlarına görə, iyul ayında ən çox dövriyyəyə sahib olan oyun Royal Match olub. Bildirilib ki, Dream Games-in Royal Match oyunu hələ də bu mövqeyini qoruyur.
Financial Times-ın məlumatına görə, Dream Games-in İstanbuldakı kiçik komandası tərəfindən hazırlanan Royal Match 2021-ci ildə rəqəmsal oyun həvəskarlarına təklif edilib. Royal Match 2 illik müddət ərzində oyun dünyasında məşhurlaşmağı bacardı.
Activision Blizzard tərəfindən hazırlanmış Candy Crush oyun tarixinin ən uğurlu istehsalı kimi tanınır. Oyun "ən çox gəlir gətirən oyunlar" siyahısında 127 ay ərzində siyahının başında olub. Candy Crush-un bu günə qədər 20 milyard dollardan çox dövriyyə qazandığı təxmin edilir.
Dream Games-in qurucularından biri və hazırda şirkətin CEO-su Soner Aydemirin liderliyi ələ keçirən Royal Match ilə bağlı verdiyi rəqəmlər olduqca diqqət çəkir. Oyunun illik ümumi satış gəliri 2 milyard dollara çatıb. Data.ai məlumatlarına görə, 55 milyon aktiv istifadəçisi olan Royal Match 2023-cü ilin iyul ayından etibarən 160 milyon istifadəçisi olan Candy Crush-dan daha çox gəlir əldə edib. Dream Games liderliyini Royal Match-in davamı olan Royal Kingdom ilə davam etdirməyi planlaşdırır.
2019-cu ildə qurduqları Peak Games-i oyun nəhənglərindən biri olan Zynga-ya satdıqdan sonra Dream Games-i quran komanda, Pixar-ın qurucularından Ed Catmull-u strateji bir şəxs olaraq heyətinə daxil etdi. Catmull "Royal Match" oynamağa başlayanda oyunun vizual keyfiyyətini çox bəyəndim" deyərək, oyunda 5000 səviyyəsini keçdiyi bildirilir.
Dream Games-in mərkəzində 35 yerlik kinoteatr da mövcuddur. Baş direktor Soner Aydemir bildirib:
“Bütün komanda müntəzəm olaraq filmlərə baxır, sonra onların nəyi yaxşı, nəyi pis etdiyini saatlarla müzakirə edirik. "Biz həmçinin bazarda dayanmayan oyunlar oynayırıq və niyə yaxşı olmadığını anlamağa çalışırıq".