Tamamilə sizə uyğunlaşdırılmış “TikTok” alqoritmi “For You (Sizin səhifəniz)” səhifəsi ilə izləyicini saatlarla özünə çəkməyi bacarır.

2022-ci ildə “TikTok” alqoritminin necə işlədiyi ilə bağlı bütün detalları bu yazıda öyrənəcəksiniz.

“TikTok” alqoritmi “For You Page” deyilən hissədə hansı videoları görməli olduğunuzu aşkarlayıb seçən tövsiyə sistemidir.

Hətta 2 istifadəçinin belə eyni videoları görməsi mümkünsüzdür, çünki “For You Page” hissəsində gördüyünüz və reaksiya verdiyiniz istənilən videoya görə sizə tövsiyə edən sistem özünü yeniləyir.

“TikTok” bu alqoritm barəsində bunu deyib: “Videoların axışı sizin maraqlarınıza uyğun, sevəcəyiniz kontenti və kontent yaradıcılarını tapmağınıza kömək edəcək şəkildə qurulub. Bu axış 1 istifadəçi üçün yalnız onun maraqlarına uyğun şəkildə tövsiyə sistemi tərəfindən yaradılır”.

“TikTok” alqoritmi necə işləyir?

Sosial media platformaları bir çox halda alqoritmlərinin necə işlədiklərini gizlədirlər. Məntiqli yanaşmadır, çünki alqoritm hər sosial media platformasını xüsusiləşdirən əsas faktordur.

Buna baxmayaraq, insanlar bu alqoritmlərin işləmə mexanizmləri ilə bağlı çox yaxından maraqlandığı üçün “TikTok” da daxil olmaqla bəzi platformalar artıq azca da olsa, alqoritmləri haqqında məlumat verməyə başlayır.

“TikTok”un alqoritmlərinə nəzər salaq:

1. İstifadəçi reaksiyaları

“Instagram” kimi, burada da alqoritm istifadəçinin reaksiya və davranışlarına uyğun kontent tövsiyə edir. “For You Page” istifadəçiyə kontent təqdim edərkən bunları hesablayır:

  • İzlədiyimiz hesablar,
  • Gizlətdiyimiz hesablar,
  • Yazdığımız şərhlər,
  • Tətbiqdə bəyəndiyiniz və paylaşdığınız videolar,
  • “Favoritlərim” siyahısına əlavə etdiyiniz videolar,
  • “Not Interested (maraqlı deyil)” kimi işarələdiyiniz videolar,
  • Uyğunsuz kontent kimi şikayət etdiyiniz videolar,
  • Əvvəldən sonacan baxdığınız uzun videolar,
  • Profilinizdə yaratdığınız kontent,
  • Kontent və reklamlara reaksiya verdikdə ifadə etdiyiniz maraqlarınız.

2. Videoda olan informasiyalar

İstifadəçinin qarşılıqlı əlaqə siqnalları tətbiqdə digər istifadəçilərlə əlaqə qurmağınıza əsaslansa da, video məlumat siqnalları “For You Page” bölməsində axtarmağa meylli olduğunuz məzmuna əsaslanır.

Bu detallar diqqətə alınır:

  • Açıqlama hissəsi,
  • İstifadə edilən səs, musiqi
  • Heşteqlər,
  • Effektlər,
  • Trend mövzular.

3. İstifadə etdiyiniz telefon və parametrlər

Bunlar TikTok-un performansı optimallaşdırmaq üçün istifadə etdiyi parametrlərdir. Bununla belə, onlar aktiv nişanlara deyil, birdəfəlik parametr seçimlərinə əsaslandığından, istifadəçinin qarşılıqlı əlaqəsi və video məlumat siqnalları kimi platformada gördüklərinizə o qədər də təsir göstərmirlər.

TikTok alqoritminə daxil olan bəzi cihaz və hesab parametrləri bunlardır:

  • Dil seçimi,
  • Ölkə (ölkənizdəki insanların kontentini görmək ehtimalınız daha yüksək ola bilər),
  • Mobil cihazın növü,
  • Yeni istifadəçi kimi seçdiyiniz maraq kateqoriyaları.
Posted 
Jun 12, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All