"
Meta” Avropa Birliyi vətəndaşlarının Facebook məlumatlarını ABŞ-yə ötürdüyünə görə 1,2 milyard avro dəyərində cərimələnib. Bu yeni cəza 2021-ci ildə oxşar məxfilik pozuntusuna görə Amazon-a tətbiq edilən 746 milyon avroluq əvvəlki rekordu ciddi şəkildə üstələyir. “Meta” Aİ vətəndaşlarının datalarını xüsusi hədəflənmiş reklam proseslərində istifadə etmək üçün ABŞ-yə ötürürmüş. Keçən illərdə məlumat ötürülməsini dayandırsalar, çox ciddi gəlir itkisi yaşayacaqlarını ifadə edən “Meta”, hətta Avropada Facebook və Instagram-ı bağlayacaqlarına dair açıqlama da vermişdi. Əvəzində isə bir çox istifadəçi və siyasətçi Twitter və Reddit platformalarında Facebook və Instagram olmadan həyatın daha yaxşı olacağına dair yüzlərlə şərh yazmışdılar.
