on bir neçə ildə həyatımıza daxil olan “DALL-E”, “Midjourney” və “ChatGPT” ilə süni intellekt məzmunlarına nəzərəçarpacaq dərəcədə axın baş verdi, lakin xatırladaq ki, əslində süni intellekt tam 26 il əvvəl özünü bir dəfə də olsun göstərmişdi. 11 may 1997-ci ildə “IBM”in saniyədə milyardlarla hesablama apara bilən “Deep Blue” kompüteri şahmat əfsanəsi Garry Kasparov-u məğlub etmişdi. Kasparov daha sonra keçirilən 6 yarışdan 5-ində qalib gəlsə də, insanın kompüterə qarşı ilk məğlubiyyəti əlamətdar hadisə hesab olundu və bu illər ərzində inkişaf edən süni intellekt “chess.com”u çökdürəcək səviyyəyə qədər gəlib çıxdı.
“GoChess” sahibkar Daniel Leibovich-in mükəmməl ideyasıdır. Süni intellektlə dəstəklənən şahmat taxtası şahmatda insan və süni intellekt arasındakı rəqabəti yeni mərhələyə aparır. Avtonom sürmə texnologiyası ilə siz “GoChess”də süni intellektin dəstəyi ilə rəqibinizin manevrlərini görə bilirsiniz. Lövhədəki fiqurlar özü idarə oluna bilən avtomobillərə bənzər avtonom şəkildə hərəkət edə bilir. Yuxarıdakı videoya keçid edərək, “GoChess” və onun qeyri-adi texnologiyası ilə yaxından tanış ola bilərsiniz.