“Apple”ın həmtəsisçisi və keçmiş CEO-su Steve Jobs ölümündən sonra ABŞ Prezidenti Joe Biden tərəfindən Azadlıq Medalına layiq görülüb.

Prezidentin Azadlıq medalı mülki şəxsə verilə biləcək ən yüksək mükafatdır. 

“Birləşmiş Ştatların firavanlığına, dəyərlərinə və ya təhlükəsizliyinə, dünya sülhünə və ya digər mühüm cəmiyyətə nümunəvi töhfələr vermiş, ictimai və ya şəxsi səylər göstərmiş şəxslərə təqdim olunur”, - Ağ Evin bəyanatında deyilir.

Ağ Ev bəyanatında Jobsun müxtəlif səylərinə yaradıcı yanaşmasını yüksək qiymətləndirib:

"Steve Jobs “Apple Inc.”in həmtəsisçisi, baş icraçı direktoru və sədri, “Pixar”ın baş direktoru idi və “Walt Disney” şirkətində aparıcı rol oynayırdı. Onun vizyonu, təxəyyülü və yaradıcılığı dünyanın ünsiyyət tərzini dəyişdirən və dəyişməkdə davam edən ixtiralara səbəb oldu, həmçinin kompüter, musiqi, film sənayelərini dəyişdirdi”.

Mükafat iyulun 7-də təqdim olunacaq. Bu ilki Prezidentin Azadlıq medalı alanları arasında Simone Biles, Gabrielle Giffords, John McCain, Megan Rapinoe və Denzel Vaşinqton da var.

Posted 
Jul 2, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All