S
tarlink və Azərbaycan arasında peyk internetinin işə salınması barədə razılıq əldə olunması uzaqlarda deyil. Bu barədə "Starlink"in kommunikasiyalar üzrə meneceri Asnid Amir ilə danışıqlar aparılır. Onun sözlərinə görə, bütün ölkə ərazisində artıq peyk əhatəsi var və tezliklə Azərbaycan üçün də bu, əlçatan ola bilər.
“Hazırda peyk interneti xidmətlərinin göstərilməsi üçün lisenziyaların alınması üzrə işlər aparılır. Ümumi razılıq əldə olunduqda Azərbaycanda bu xidməti işə sala bilərik”.
Xatırladaq ki, mayın 9-da Azərbaycan Kosmik Agentliyi və ABŞ-nin “SpaceX” şirkəti əməkdaşlıq sazişi imzalamışdılar. Həmin xəbəri bu link vasitəsilə oxuya bilərsiniz. Sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycanın ən ucqar rayonlarında belə yüksəksürətli internetə çıxışın təmin olunması vəd olunur.
Daha çox
Texnologiya
kateqoriyasından
View All