T

anınmış musiqi platforması “Spotify” dünən icraçı direktor tərəfindən açıqlanan yeni sevindirici xüsusiyyətlə gündəmə gəlib. Bazarın lideri olan “Spotify” internetə çıxışın olmadığı və ya internetin çox məhdud olduğu yerlərdə ən son dinlədiyiniz bəzi sevimli mahnılarınızı avtomatik olaraq yaddaşa köçürən pleylisti sınaqdan keçirməyə başlayıb. Şirkətin CEO-su Daniel Ek tərəfindən açıqlanan bu xüsusiyyətin hər kəsə nə vaxt gələcəyi hələ məlum deyil. Ek tərəfindən paylaşılan ilk şəklə görə, hələlik “Your Offline Mix” adlanan bu pleylist ümumi vaxtı 3 saatı ötən musiqilərə yer verəcək (daha çox limit məlum deyil) və məsələn, səfərdən əvvəl istifadəçilərdən bir-bir oflayn pleylist yaratmağı tələb etməyəcək. İstədiyiniz halda bu funksiya söndürülə bilər.

Got no internet? Spotify is testing an offline mix playlist - Neowin

Posted 
Jun 12, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All