S
potify fərdiləşdirilmiş AI pleylistini işə salır!
Yeni funksiyadan istifadə etmək üçün yaratmaq istədiyiniz pleylist tərzinə uyğun əmrlər (promptlar) verməli olacaqsınız. Bununla belə, şirkət qeyd edir ki, ən yaxşı pleylisti yaratmaq üçün janrların, əhval-ruhiyyələrin, sənətçilərin birləşməsini ehtiva edən əmrlərdən istifadə edə bilərsiniz.
Nəticə hazır olduqdan sonra verdiyiniz əmrdə düzəliş edərək pleylisti daha spesifik hala gətirmək də mümkündür. Texnologiya baxımından Spotify böyük dil modellərindən (LLM) istifadə etdiyini qeyd edib.
Qeyd edək ki, xüsusiyyət ilkin olaraq Böyük Britaniya və Avstraliya istifadəçiləri üçün əlçatan olacaq.
Daha çox
Texnologiya
kateqoriyasından
View All