Dünyanın ilk şəxsi kosmos yürüşü baş tutub

"Polaris Dawn" missiyasının 4 nəfərlik mülki heyətini daşıyan "Dragon" kapsulu sentyabrın 10-da "SpaceX"in "Falcon-9" raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

A graphic showing the orbital height of the Polaris Dawn Resilience craft

4 mülki ekipaj üzvünü aşağı Yer orbitinə daşıyan "Polaris Dawn" missiyasının ən kritik mərhələsi 12 sentyabr tarixində başa çatıb.

Belə ki, milyarder Jared Isaacman və mühəndis Sarah Gillis "SpaceX" missiyası zamanı kosmosda gəzən ilk qeyri-peşəkar komandada yer alıblar.

Isaacman və Gillis 435 mil (700 km) yüksəklikdə uçaraq, "Dragon" kapsulundan ayrılıblar. Jared Isaacman skafandrı sınaqdan keçirərkən, Gillis baş hissəsində yer alan ekrandan skafandr haqqında məlumatlar verib. Bu missiya zamanı "SpaceX"in yeni skafandrlarından (EVA) istifadə olunub. Bu skafandrlar əvvəlkilərinə nisbətən (IVA) daha çevik və funksionaldır.

Bu missiyada hava kilidi olmayan kosmik gəmidən çıxmaq böyük risk daşıyırdı. Kosmos gəzintisi birbaşa vakuumlu məkana məruz qalaraq baş tutsa da, "SpaceX" bunu uğurla həyata keçirə bilib.

Bəs hava kilidi (Air Lock) nədir?

"Air Lock" kosmik gəmilərdə və ya stansiyalarda istifadə olunan tranzit otaqdır. Bu otağın məqsədi kosmik gəminin içindəki təzyiqli hava mühitini kosmosun vakuumlu mühiti ilə balanslaşdırmaq, astronavtların təhlükəsiz şəkildə çölə çıxmasına və ya daxil olmasına imkan yaratmaqdır.

European Space Agency
Posted 
Sep 13, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All