D

ünən axşam saatlarında "Instagram" "Facebook" sosial şəbəkələrinin işində qlobal problem yaranıb. Buna səbəb Qırmızı dənizdə qlobal internet və rabitəni təmin edən üç kabelin kəsilməsi olub. Zərər Afrika, Asiya və Yaxın Şərqə məlumat daşıyan xətlərdə Qırmızı dənizdən keçən nəqliyyatın 25 %-nə təsir edib.

"HGC Global Communications Limited" bildirib ki, Qırmızı dənizin cənubunda yerləşən və Yəmənin yurisdiksiyasına daxil olan Asiya-Afrika-Avropa 1 (AAE-1), Europe India Gateway, Seacom və TGN rabitə xətləri zədələnib.

Onlar məlumatların Asiyadan Avropaya ötürülməsi üçün vacibdir. Şirkət əvvəlki təcrübəni nəzərə alaraq hadisələrin bu cür inkişafına əvvəlcədən hazır olduqlarını və artıq digər xətlər üzrə məlumat axınının istiqamətləndirilməsinə başladıqlarını vurğulayıb.

Bundan əvvəl Honq-Konq provayderi "HGC Global Communications Limited" bəyan edib ki, "Facebook" "Instagram"dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib. “Sky News”un məlumatına görə, Yəmənin husi qruplaşmaları məlumatların Asiyadan Avropaya ötürülməsi üçün ən vacib adlandırılan marşrut boyunca kabellərin çəkilişini sabotaj etdiklərini inkar edirlər.

Fürsətdən istifadə edən Elon Musk məsələ ilə bağlı "X"də zarafatcıl paylaşımlar edib:

Posted 
Mar 6, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All