İ

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində "Ümid dolu sabahlar" layihəsinə start verilib. "Technest" təqaüd proqramı  çərçivəsində baş tutan layihə regionlarda İKT üzrə biliklərin əlçatanlığı təmin etmək, vətəndaşların bu sahədə təcrübə və bacarıqlarının artırılmasını təşviq etmək məqsədilə həyata keçirilir. 

Layihə ərzində ilkin olaraq Zəngilan, Laçın və Füzuli rayonlarından olan 12-65 yaş arası 60 vətəndaşa informatika anlayışı və ilkin kompüter bilikləri üzrə təlimlər, eləcə də əldə edilən biliklər vasitəsilə xidmət və məhsulların beynəlxalq əmək bazarına çıxarılması və informasiya texnologiyalarının düzgün tətbiqi üzrə dərslər keçiriləcək. Təlimlər 20 nəfərlik dərs otağı mühiti yaradılan səyyar konteynerlərdə qrup şəklində təşkil ediləcək. Təlimi müvəffəqiyyətlə bitirən şəxslər üçün "Technest" çərçivəsində əlavə olaraq ödənişsiz xüsusi proqramlaşdırma və IT kursların təşkil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramı ölkədə İKT üzrə kadr potensialının artırılmasına xidmət edən, bu sahədə təhsil və karyera imkanlarını əlçatan edən ilk milli təqaüd proqramıdır. Bu günə qədər  ümumilikdə 8 mindən çox  şəxs İKT üzrə təqaüdlü təhsilə cəlb olunub. Regionlar üzrə Azərbaycanın 30-a yaxın şəhər və rayonlarından 1800 nəfərə tam ödənişsiz təhsildən yararlanıb.

Posted 
Jul 3, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All