K

eçdiyimiz günlərdə Elon Musk-ın "OpenAI" və Sam Altmana qarşı iddia qaldırdığını sizə xəbər vermişdik. "OpenAI" məsələ ilə bağlı səssiz qalmadı. Şirkət Musk-ın iddialarına paylaşdığı bloq yazısı ilə cavab verdi. Greg Brockman, İlya Sutskever, John Schulman, Sam Altman və Wojciech Zaremba, eləcə də "OpenAI" tərəfindən imzalanan yazıda Elon Musk-ın əvvəllər "OpenAI"ni "Tesla" ilə birləşdirmək və ya quruma tam nəzarəti ələ keçirmək istədiyi bildirilib.

Bloq yazısında paylaşılan ifadələr bu cürdür:

"Missiyamızı davam etdirmək üçün kommersiya strukturunu müzakirə etdiyimiz bir vaxtda  Elon Musk ya "Tesla" ilə birləşməmizi, ya da CEO mövqeyini əldə edərək qurumda nəzarəti əlinə keçirmək istədiyini bildirdi. Elon ilə kommersiya məqsədi güdməyən bir şirkət mövzusunda razılığa gələ bilmədik. Hər hansı bir şəxsin "OpenAI" üzərində mütləq nəzarətə sahib olmasının bizim missiyamıza zidd olduğunu düşündük".

Yazıda paylaşılan məlumata görə, "OpenAI" qurulduğu gündən bəri Musk-dan 45 milyon dollar dəstək alıb Şirkət həmçinin bildirib ki, indiyə qədər 90 milyon dollar toplaya bilib.

Yazıda qeyd olunan məlumatlara görə, Sam Altman və Greg Brockman şirkəti qurarkən 100 milyon dollar toplamağı planlaşdırıblar. Bununla belə, Musk yazışmalarda 1 milyard dollar kimi çox daha yüksək məbləğin hədəflənməli olduğunu bildirib. O, bu məbləği başqalarından toplamaq mümkün olmasa, özü tərəfindən qarşılanacağını qeyd edib.

"Ümidsiz görünməmək üçün 100 milyon dollardan daha böyük rəqəmlə başlamalıyıq. Düşünürəm ki, 1 milyard dollarlıq məbləğ istədiyimizi bildirə bilərik. Qalan çatışmayan hissəni isə mən qarşılayacam".

Xatırladaq ki, Elon Musk şirkəti məhkəməyə verdiyində təşkilatın müqavilə şərtlərini pozduğunu iddia etmişdi. O bildirib ki, ChatGPT istehsalçıları qeyri-kommersiya təşkilatının bəşəriyyətə fayda verən süni intellektin inkişaf etdirilməsi missiyasını həyata keçirməkdənsə, qazanc əldə etməyə çalışırlar.

Musk-ın sözlərinə görə, bu, şirkətin müqavilə şərtlərini pozması deməkdir.

Bundan əlavə, iddiada qeyd olunub ki, "OpenAI" "Microsoft" ilə birgə şirkətin ümumi süni intellekt (AGI) tədqiqatını kommersiyalaşdırmağa çalışır.

2016-cı il yazışmalarında İlya Sutskever bildirir ki, süni intellekti inşa etməyə yaxınlaşdıqca, açıq mənbəli paylaşımlardan uzaqlaşmaq faydalı olacaq. Musk isə onun bu sözlərini təsdiqləyib. Yeri gəlmişkən, onu da əlavə edək ki, İlya Sutskever Elon Muskın təkidi ilə "OpenAI"a qoşulub.

Elon Musk bildirib ki, şirkət adını "ClosedAI" olaraq dəyişsə, iddadan əl çəkəcək.

Posted 
Mar 7, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All