O

penAI-nin dəyəri 80 milyard dolları ötüb!

OpenAi company logo on screen of smartphone lying on money background of  one hundred dollar bills, top view. Business and technology concept. Stock  Photo | Adobe Stock

Qiyməti 80 milyard dolları keçən "OpenAI" dünyanın ən dəyərli 3-cü texnologiya şirkəti olub.

Qısa müddət ərzində texnologiya dünyasının ən əhəmiyyətli şirkətlərindən birinə çevrilən "OpenAI" böyüməyə davam edir. "New York Times"in xəbərinə görə, "OpenAI" öz dəyərini 80 milyard dollardan çox artırıb.

Hesabatda yer alan məlumata görə, şirkət mövcud səhmlərini "Thrive Capital"ın rəhbərlik etdiyi tender vasitəsilə satışa çıxaracaq.

Keçən həftə OpenAI həmçinin mətndən yüksək keyfiyyətli videolar yaratmağa imkan verən Sora-nı təqdim etdi. Bu alət istifadəçinin əmrlərini anlayaraq mürəkkəb səhnələr yarada və hətta personajların emosional ifadələrini əks etdirə bilir.

Sora mətn təlimatları əsasında videolar yaratmaqla yanaşı, mövcud kadrlardan video hazırlamaq və çatışmayan kadrları doldurmaq imkanına da malikdir. Bu inkişaf süni intellektin videolar yaratmaq qabiliyyətində əhəmiyyətli irəliləyiş kimi diqqəti çəkir. Sora ilə bütün diqqətləri üzərinə çəkən OpenAI gələcəkdə öz dəyərini sürətlə artırsa, təəccüblü olmaz.

Posted 
Feb 20, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All