26-27 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Holberton Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə hakaton keçirilib. Hakatonun açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri iştirak ediblər. Hakatonda ilk dəfə iki müxtəlif təlim mərkəzinin məzun proqramçıları və kibertəhlükəsizlik mütəxəssisləri bir araya gələrək kibertəhlükəsizlik üzrə maarifləndirmə və fişinq platforması yaradıblar. 24 saat davam edən müsabiqədə 11 komanda iştirak edib.  

Qeyd edək ki bu hakaton kibertəhlükəsizlik üzrə milli startaplara dəstək bloku olan “CyberPark” çərçivəsində həyata keçirilib.

“CyberPark” bloku qabaqcıl kibertəhlükəsizlik məhsulları hazırlamağa yönəlmiş proqram təminatı mütəxəssisləri üçün dinamik və əlverişli mühit yaradır. Hərtərəfli təlim proqramlarına istedadlı mütəxəssisləri cəlb etməklə, onların yüksək səviyyədə texniki və biznes dəstəyi almasını təmin edir. Nəticədə bu təşəbbüs kibertəhlükəsizlik sahəsində startapların düzgün formalaşmasına  və sənayenin davamlı inkişafına zəmin yaradır.

“CyberPark”ın bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə kibertəhlükəsizlik məhsullarının, platformalarının yaranmasını təşviq etmək, kibertəhlükəsizlik ekosistemini inkişaf etdirməkdir.  

Posted 
Aug 1, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All