B

eynəlxalq Olimpiya Komitəsi elektron İdman Olimpiya Oyunlarının yaradılmasını rəsmən təsdiqləyib. Bu qərar 142-ci sessiyada referendumun nəticəsi olaraq qəbul edilib. 2018-ci ildən müzakirə olunan elektron idmanın Olimpiadaya daxil edilməsi məsələsi artıq rəsmiləşib.

Beynəlxalq Olimpiya Komitəsi prezidenti Thomas Bach yəni qərarla bağlı bildirib:

Elektron idman ictimaiyyəti E-İdman Komissiyası tərəfindən təmsil olunan bu təşəbbüsü böyük həvəslə qarşıladı. Bu, həqiqətən də Beynəlxalq Olimpiya Komitəsi üçün yeni dövrdür. Beynəlxalq Olimpiya Komitəsinin təsdiq etdiyi Olimpiya Elektron İdman Oyunlarının yaradılması ilə biz rəqəmsal dünyanın tempi ilə ayaqlaşırıq.

Beynəlxalq Olimpiya Komitəsi elektron idmanın daxil edilməsini "gənclərimizin yaşadığı dünyanı əks etdirmək""dünyanın ən yaxşı oyunçularında yeni arzuları cəsarətləndirmək" üçün bir addım kimi görür.

Səudiyyə Ərəbistanı Olimpiya E-İdman Oyunları konsepsiyasına böyük maraq göstərib və bu tədbir rəsmiləşdikdən sonra ilk Olympic Esports Games-ə (OEG) ev sahibliyi edəcək.

Növbəti addım isə tədbirin ənənəvi Olimpiadadan ayrı necə keçiriləcəyini anlamaq olacaq...

Posted 
Jul 24, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All