Nvidia” səhmləri sensasiyalı “ChatGPT” kimi söhbət botları populyarlığından və süni intellekt çiplərinə tələbatın artmasından sonra elə bir artış göstərdi ki... “Reuters”in məlumatına görə, şirkət “trilyonçular klubu”na qoşulan ilk çip istehsalçısıdır.
Qiyməti 1 trilyon dollardan çox olan digər İT şirkətləri arasında “Apple”, “Google”un ana şirkəti “Alphabet” və “Amazon” kimi nəhənglər var. Nvidia səhmləri Nasdaq birjasında 5,24 % artaraq 409,86 dollara satılır. Şirkətin bazar dəyəri artıq 1,02 trilyon dollardır.
“Nvidia”, xüsusilə, artan süni intellekt bazarı sayəsində 2-ci rüb üçün gəlir gözləməsini 11 milyard dollara yüksəltmişdi. Bu, “Wall Street”in 7,15 milyard dollar açıqlamasından 50 % çoxdur.
“Nvidia” süni intellekt modellərinin hazırlanması üçün ən böyük çip və qrafik prosessor istehsalçılarından biridir. “CNBC”nin hesabatlarına görə, analitiklər şirkətin süni intellekt çip bazarının 95 %-dən çoxuna sahib olduğunu təxmin edirlər.