ütün dünyada sistem çökdü! "Microsoft" bu gün bütün dünyaya təsir edən əhəmiyyətli bir problemlə qarşı-qarşıyadır. Ən son məlumatlar göstərir ki, təhlükəsizlik provayderi "CrowdStrike" tərəfindən "Windows"a edilən yeniləmə qlobal bir problemə yol açdı!
Yeniləmə almış "Windows" bütün dünyaya təsir edən BSOD (Blue Screen of Death) xətasına səbəb olub. Kibertəhlükəsizlik şirkəti "CrowdStrike"ın sözügedən yeniləməni geri çəkdiyi bildirilsə də, hazırda xətadan təsirlənən "Windows" cihazlarında problemin davam etdiyi bildirilir.
Büyük "Windows" problemi bankların, aviaşirkətlərin və canlı yayım edənlərin işinə mane olub. ABŞ-nin aviaşirkətləri "Windows"da yaranan problem səbəbilə uçuşları dayandırıb.
"The Spectator Index"in mövzu ilə bağlı açıqlamasında bildirilib ki, bütün dünya üçün vacib olan bəzi sistemlər bu problemdən təsirlənib.
Elon Musk bu dəfə də fürsəti əldən verməyərək mövzu ilə bağlı yumoristik bir paylaşım edib: