"Microsoft" "Bing" axtarış sisteminin istifadəçi sayını artırmaq məqsədilə böyük bir kampaniyaya start verib. Kampaniya ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və Puerto Riko kimi ölkələri əhatə edir.
İştirakçılar "Microsoft Rewards" proqramı vasitəsilə günlük "Bing" axtarışları və "Microsoft Edge"dən istifadə etməklə 200-ə qədər çəkiliş haqqı qazana bilərlər. Yarışmada 1 milyon dollar dəyərində böyük mükafatla yanaşı, iki nəfərə 10 min dollarlıq ikincilik mükafatı da veriləcək.
Bundan əlavə, iştirakçılar 50-dən çox çəkiliş haqqı qazandıqda, Microsoft UNICEF və WWF üçün 5 dollarlıq ianə edəcək. Ümumilikdə, şirkətin bu təşəbbüslə 500 min dollara qədər ianə etməsi gözlənilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All