P
aylaşılan şəkillərdən həqiqətən də görünür ki, platforma “Twitter”i xatırladır və server olaraq “Instagram”a bağlı olacaq. Mərkəzi olmayan sosial media protokolu “ActivityPub” tərəfindən dəstəklənəcək.
“Meta”nın məhsul üzrə məsul şəxsi Chris Cox-a görə, “Project 92” sözün əsl mənasında “Twitter-ə cavab” layihəsidir. Tətbiqin inkişaf prosesinə yanvarda başlanılıb. “Meta”nın platformanı ən qısa zamanda geniş ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
Hazırda “Project 92” kod adlı sosial media tətbiqinin hansı adla debüt edəcəyi bilinmir. Hazırkı durumda “Threads” adı var və platforma belə adlandırıla bilər. Bundan əlavə, Cox-a görə, DJ Slime kimi bəzi məşhur adlar inkişaf prosesində ilk istifadəçilər arasında dəstək məqsədilə yer alıb.
Daha çox
Texnologiya
kateqoriyasından
View All