arkın rəhbərliyi altında “Meta” son illərdə süni intellekt və Metaverse texnologiyalarına diqqət yetirir. Buna misal kimi, son illərdə “AI Research SuperCluster” adlı superkompüterinin anonsunu deyə bilərik. 16 000 GPU-ya malik bu superkompüter süni intellektə yönəlik tədqiqatlar üçün hazırlanmış avadanlıqdır.
“Meta” bu barədə daha yeni bir xəbər paylaşıb. Şirkət süni intellekt texnologiyaları üçün istifadə olunacaq çipset üzərində işlədiyini açıqlayıb. Açıqlamada, “Meta Training and Inference Accelerator” (MTIA) adlanan bu çipin süni intellekt modellərini işlətmək üçün xüsusi olaraq optimallaşdırıldığı ifadə edilib.
Meta-nın layihələri üçün konfiqurasiya edilən “MTIA” daha az enerji istehlakı və şirkətin işində daha yüksək səmərəlilik vəd edən bir texnologiyadır. “Biz hər bir iş yükü üçün daha yaxşı performans, daha az gecikmə və daha yüksək səmərəlilik təqdim edəcəyik”, - deyə Meta-nın çipset üzrə vitse-prezidenti Santosh Janardhan bildirib. “MTIA” adlı çip haqqında əlavə məlumat verilməyib. “TechCrunch”ın verdiyi açıqlamaya görə, bu çipin aktiv istifadəsi yaxın zamanlara təsadüf etmir. Deyilənə görə, “Meta” 2025-ci ildən etibarən MTIA-dan aktiv şəkildə istifadə etməyə başlayacaq.