lman avtomobil markası “Mercedes-Benz” avtomobillərində süni intellekt dövrünün başlayacağını deyib. “ChatGPT” modelini “MBUX” adlı multimedia sisteminə inteqrasiya edən nəhəng şirkət 900 mindən çox istifadəçinin sürücülük təcrübəsini zənginləşdirəcək. “Mercedes” öz layihəsinin beta versiyasınıiyunun 16-dan etibarən sınaqdan keçirməyə başlayacaq.
Süni intellektlə təchiz edilən “MBUX” ilə demək olar ki, istənilən mövzuda dəstək ala biləcəksiniz. Gün ərzində qatılacağınız bir təşkilatda hansı geyim tərzini seçə biləcəyinizlə bağlı əsas təkliflər ala biləcək, peşəkar layihələrinizdə çətin hesablamalarda süni zəkaya güvənəcəksiniz. İstifadəçilərin beta proqramında iştirak edərək faydalana biləcəkləri bütün bu üstünlüklər üçün “MBUX”a “Hey Mercedes, mən beta proqramına qoşulmaq istəyirəm” demələri kifayət edir. Qeyd edək ki, proqramda hələ ki, yalnız ABŞ-də yaşayan şəxslər iştirak edə bilər.