İlon Mask 6 iyun səhər “Twitter”ə yazdığı məktubda şirkəti almaq üçün razılaşdığı 44 milyard dollarlıq müqavilədən imtina edəcəyi ilə hədələyib. 

Mask “Twitter”i platformadakı avtomatik profillərlə bağlı kənardan gələn analizi rədd edərək razılaşmanı pozmaqda günahlandırıb.

“Twitter”in baş hüquqşünası Vijaya Qaddeyə ünvanlanmış məktubda Maskın vəkilləri milyarderin adından onun “Twitter”də “botların” olması ilə bağlı əlavə məlumat tələb etdiyini bildiriblər. Əks halda Mask “sövdələşməni başa çatdırmamaq hüququnu və müqaviləni ləğv etmək hüququ”na sadiq qalacaq.

“Twitter”in səhmləri 6 iyun səhər ucuzlaşaraq 5,3% olmaqla 38,02 dollara, günortaya doğru 39,44 dollara qədər geriləyib.

Posted 
Jun 6, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All