Minionlar filmi gecəsi
Minionlar franşizasına ən son əlavə olan “Minions: The Rise of Gru” sayəsində filmi gecələri geri qayıdır. Film həftəsonu rekord vuraraq dörd gün ərzində təxminən 125 milyon dollar qazanıb.
Filmin sosial mediada gündəm olmasının digər səbəbi isə “TikTok”da başlayan yeni trenddir. 10-15 nəfərlik qrup halında gənclər kostyum geyinərək kinoteatrda Minionları izləməyə gəlirlər. Bunu çəkib “TikTok”da yayaraq güclü bir trendin başlamasına səbəb olublar.
Trendə azərbaycanlı gənclər də qoşulub:
Amazon
“Amazon bu il izləyiciləri üçün “Prime Day”də əlverişli kampaniyalar olacağı ilə bağlı düzgün kommunikasiya aparmalıdır. Çünki insanlar artıq pul xərcləmək istəmir”, - bunu “Bobsled Marketing” rəqəmsal agentliyinin təsisçisi və baş direktoru Kiri Masters “Amazon”un brendləri illik yay alış-verişində iştirak etməyə necə təşviq etdiyi haqqında deyib.
Həftənin rəqəmləri
7%: E-ticarət marketinqi və analitika platforması olan “MikMak”ın statistikasıa görə, 2022-ci ilin birinci rubliyində Z nəslindən olan istehlakçılar digər nəslin nümayəndələrinə nəzərən onlayn satışa daha üstünlük verirlər.