Reklam dünyasının məşhur brendləri zarafatlarından, ciddi mövzulara mövqe bildirməyindən heç vaxt geri qalmır.

Onların mövzulara, dünyada baş verənlərə yanaşmasını bu dəfə də siz təhlil edin. Trilogy.News sizin üçün 2022-ci il iyun ayının ən maraqlı reklam kampaniyalarını topladı.

HEINZ - Ketchup. But first, Tomato (Ketçup, amma əvvəlcə, pomidor)

Bütün reseptin sirrini bilsəniz belə, “Heinz” ketçuplarını hazırlamaq düşündüyünüz qədər asan olmaya bilər. “Heinz” şirkəti bu dəfə hamını özünə heyran qoyan dadından və bu dadın sirli reseptindən danışıb.

The Monster in Our Closet (Şkafımızdakı canavar)

Tekstil məhsulları; Qida, nəqliyyat və tikinti sektorlarından sonra xammal və su istifadəsinə təzyiq göstərən, iqlim böhranını sürətləndirən sektorlar arasındadır. 

Bu həqiqətdən çıxış edən ABŞ-ın tekstil markası “Patagonia” "Şkafımızdakı canavar" adlı reklam filmi ilə insanları özlərinin də daxil olduğu tekstil sənayesinin dünyaya vurduğu zərərlər haqqında məlumatlandırır.

Pantene | #HairHasNoGender

Hər kəsin kimliyini ifadə etmək hüququnu müdafiə etmək üçün hərəkətə keçən “Pantene” Qürur Ayı üçün xüsusi layihəyə imza atıb. “Saçın cinsiyyəti yoxdur” şüarı ilə çəkilən reklam çarxında 12 LGBTQ+ şəxsi hekayələrini paylaşaraq “Saçlarım uzun və ya qısa olsa da, mən kiməmsə, oyam” deyir.

Burger King etibarlı kloun axtarır

Fast food sənayesinin iki qlobal nəhəngi “Burger King” və “McDonald's” arasındakı rəqabət kommunikasiya araşdırmalarında öz əksini tapmağa davam edir.

Belçikadakı filiallarının beşinci ildönümünü qeyd edəcək “Burger King” 29 iyunda keçiriləcək partidə bir günlük çıxış edəcək kloun axtardığını açıqladı.

Linkedln-də iş elanını dərc edən “Burger King” öz postunda McDonalds-ı tag edərək "Tanıdığın kimsə var?" deyə soruşub.

Posted 
Jul 13, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All