İ

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi arasında görüş baş tutub.

Görüşdə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Regional Kibertəhlükəsizlik Siyasəti rəhbəri Laura Bates, geosiyasi məsləhətçi Kieran Lines, səfirliyin layihə rəhbəri Nuriyyə Quliyeva iştirak edib. Görüşdə İRİA nümayəndələri arasında Agentliyin departament müdiri Elnur Məmmədli, şöbə rəhbərləri Orxan İsmayılov, Elman Kərimli, Əfqan Mustafayev, baş layihə meneceri Gülnar Mirhüseynova və layihə koordinatoru Nigar Camalova yer alıb.

Müzakirələrdə Azərbaycanda həyata keçirilən rəqəmsal hökumət quruculuğu təşəbbüsləri, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı atılan addımlarla bağlı məlumatlar bölüşülüb. “Kağızsız hökumət”ə keçid çərçivəsində “mygov” rəqəmsal hökumət portalının, Rəqəmsal Sənəd Dövriyyəsinin əhəmiyyəti qeyd olunub.

Bundan əlavə, görüşdə ölkənin rəqəmsal infrastrukturunun qorunmasında mühüm rol oynayan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və İKT kadr potensialının artırılmasına xidmət edən “Technest” təqaüd proqramının fəaliyyəti xüsusi vurğulanıb.

Hər iki tərəf potensial əməkdaşlıq formatlarını araşdırmaqda maraqlı olduqlarını bildiriblər. Bu səbəblə Böyük Britaniyadan olan nümayəndələrlə növbəti görüşlərin təşkili razılaşdırılıb. Bu görüşlərdə əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi və müvafiq strateji istiqamətlər müzakirə olunacaq.

Posted 
Jul 22, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All