İ

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti dünyanın ən böyük texnologiya tədbirlərindən biri olan "GITEX GLOBAL 2024" beynəlxalq texnologiya sərgisində Azərbaycanı təmsil edir. Bu il Azərbaycan “GITEX”də indiyə qədərki ən genişmiqyaslı iştirakı ilə çıxış edir.

İRİA nümayəndə heyəti sərgi çərçivəsində bir sıra nüfuzlu beynəlxalq təşkilat və şirkətlərlə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görüşlər keçirib. Görüşlərdə rəqəmsal texnologiyalar və innovasiya sahələrində bilik və təcrübə mübadiləsi aparılıb.

İRİA-nın stendi sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Stenddə qonaqlara qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, Azərbaycanda startap ekosisteminin inkişafı, rəqəmsal məhsullar və həllər haqqında geniş məlumat verilib. Nümayiş olunan əsas təşəbbüslər arasında “mygov” platforması, rəqəmsal giriş həlləri və yeni istifadəyə verilmiş Azərbaycan İnnovasiya Mərkəzi xüsusi yer tutub.

Eyni zamanda, İRİA-nın dəstəyi ilə “GITEX Expand North Star” sərgisində iştirak edən yerli startap ekosistemimizin qabaqcıl oyunçuları — “PERKSKIT”, “Epoint.az”, “PayRiff”, “GLORRI” və “DMP” startapları da digər ölkələrdən olan iştirakçıların diqqətini cəlb edib. Bu startaplar, öz innovativ həlləri ilə beynəlxalq səviyyədə maraq doğuraraq yeni tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar əldə ediblər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi ilə sərgidə iştirak edən "CYPHO" startapı, ölkəmizin yerli kibertəhlükəsizlik məhsulu olaraq sərgi iştirakçılarına təqdim etdiyi xidmət və funksionallıqlar haqqında ətraflı məlumat verib.

İRİA, həmçinin Azərbaycanı təmsil edən “Logix ERP”, “UNITED PAYMENT AZERBAIJAN” və “Pixite” kimi üç aparıcı İT şirkətinin sərgidə iştirakını dəstəkləyib.

"GITEX GLOBAL 2024" sərgisi Azərbaycanın qlobal texnologiya və innovasiya bazarına inteqrasiyasını daha da möhkəmləndirilməsinə və rəqəmsal sahədə əldə edilən uğurların geniş auditoriya ilə paylaşılmasına imkan yaradır.

Posted 
Oct 15, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All