Çarşablı qadının “Magnum” dondurmasını dişlədiyini göstərən reklam İranın din xadimlərini hiddətləndirib. Rəsmilərin bu reklamın ədəb-ərkanla ziddiyyət təşkil etdiyi qənaətinə gəldiyi bildirilir.

Dini liderlər dövlətin sərt iffət qaydalarına əsasən qadınların reklamlarda çəkilməsini qadağan edib. Bu qərar “Magnum” reklamının yayımlanmasından qısa müddət sonra açıqlanıb. Bildirilir ki, iranlı din xadimləri bu elandan qəzəblənib və rəsmiləri yerli dondurma istehsalçısı “Domino”nu məhkəməyə verməyə çağırıblar.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi ölkənin incəsənət və kino məktəblərinə yazdığı məktubda bildirib ki, hicab və iffət qanununa əsasən qadınların reklamlarda çəkilməsinə qadağa qoyulur. Məktubda deyilir ki, qadağa Mədəni İnqilab Ali Şurasının çıxardığı qərarlara uyğundur.

Sözügedən “Magnum” reklamı

Posted 
Aug 9, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All