T
exnologiya gündəlik həyatımızın o qədər ayrılmaz hissəsinə çevrilib ki, smartfonları nizamlı saxlamaq problem olub. “Apple” bu mövzu üzrə iPhone-da tətbiqlərin arxa planda işləməsini, xüsusilə “Safari”də istifadə olunmayan pəncərələri bağlamağı tövsiyə edir.
“Safari” ilə bağlı olan bu özəllik isə bir neçə gün əvvəl sosial mediada viral olub.
Safari-də fonda çoxlu pəncərələrin açıq olması iPhone-unuzun performansına təsir edə bilər. Bu pəncərələri bir-bir bağlamaq istəməyə bilərsiniz. Apple “Safari” üçün bunu bir kliklə etməyə imkan verir:
1. “Safari” brauzerinin aşağı sağ küncündə açıq pəncərələr olan hissədə pəncərəyə klikləmək əvəzinə, bütün pəncərələri sil seçiminin açılması üçün üzərinə basıb saxlayırsınız;
2. “Bütün pəncərələri bağlayın”.
“Safari”dəki bütün yeni dəyişikliklərdən agah olmaq üçün, aşağıdakı "TikTok" videosuna keçid edin.
Daha çox
Texnologiya
kateqoriyasından
View All