İ
lon Mask Sİ (Süni İntellekt) laboratoriyalarını fasiləyə səsləyib
Buna səbəb laboratoriyalarda daha güclü Sİ sistemi yaratmaqdır. Bu gedişlə deyəsən, daha güclü Sİ sistemi gəlir. Son zamanlar süni intellektə olan marağın artması görünür, İlonu heç də sevindirmir. İlon Mask (Tesla/SpaceX), İmad Mastaki (Stability Al), Endryü Yanq (Forward Party/Venture for America) və digər bəzi liderlər Sİ labaratoriyalarını ən azı 6 aylıq fasilə verməyə çağırıblar. Onlar bu fasilə ərzində, həmin laboratoriyalarda “GPT-4”dən daha güclü sistem yaradacaqları barədə məktub ünvanlayıblar. Müraciətdə bildirilir ki, fasilə ictimai şəkildə olmalıdır və bütün əsas prosesləri əhatə etməlidir. Əgər belə bir fasilə tez bir zamanda qüvvəyə minə bilmirsə, artıq hökumət bu işə qarışmalıdır.
Məktubda belə deyilir:
Bəşəriyyət süni intellektlə çiçəklənən gələcəkdən hər zaman həzz ala bilər. Güclü süni intellekt sistemləri yaratmağa müvəffəq olduqdan sonra, biz, bizim üçün mükafat sayılan bu sistemləri hamının rahatlıqla faydalana bilməsi üçün daha da təkmilləşdirə və cəmiyyətə uyğunlaşma şansı verdiyimiz bu "AI yayı"ndan həzz ala bilərik. Cəmiyyətin potensial fəlakət yarada biləcək təsirləri olan digər texnologiyalara fasilə verdiyini nəzərə alsaq, biz bunu burada da edə bilərik. Gəlin uzun bir “AI yayı”ndan həzz alaq, amma payıza da hazırlıqsız addım atmayaq.
Daha çox
Texnologiya
kateqoriyasından
View All