B

u gün Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniyaİrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.

Nazir Rəşad Nəbiyev “Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu dilə gətirib. O, ölkənin rəqəmsal inkişafında İKT sektorunun mühüm rolunu qeyd edib və hökumətin yerli, eləcə də xarici şirkətlər üçün əlverişli biznes mühitinin yaradılmasına olan diqqətini xüsusi vurğulayıb. Görüşdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, agentliyin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri Loukas Tzitzis tərəfindən ölkədə İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə  təqdimat həyata keçirilib.

Innovation and Digital Development Agency على LinkedIn: IDDA has announced  the appointment of Loukas Tzitzis as its new Managing…

Eyni zamanda yeni biznes imkanları yaradacaq, həmçinin 2 tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq formatları müzakirə olunub.

7 milyard dollarlıq dövriyyə və 150 mindən çox işçi qüvvəsinə sahib “Tech Mahindra” İKT sahəsində tətbiq edilən bir sıra güzəşt və imtiyazlardan sonra Azərbaycana maraq göstərən ilk multimilli şirkətlərdən biridir.

Mənbə: www.idda.az

Posted 
Jun 20, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All