"I, Robot" filminin rejissoru "Tesla"nın robot dizaynını oğurladığını iddia edib.

Elon Musk "Tesla"nın son təqdimatında şirkətin yeni nəsil modellərini, o cümlədən "Cybercab" "Robovan" ilə yanaşı interaktiv "Optimus" robotunu nümayiş etdirdi.

Təqdimat izləyicilər arasında böyük maraq doğursa da, məşhur rejissor Alex Proyas tərəfindən tənqid olunub. Belə ki, Proyas "I, Robot" filminin rejissoru olaraq "Tesla"nın robot dizaynlarının onun filminin konseptlərinə çox bənzədiyini iddia edərək sosial şəbəkədə etirazını bildirib.

O, filmindəki robot dizaynları ilə "Tesla"nın son prototipləri arasındakı bənzərlikləri vurğulayan görüntülər paylaşıb.

Proyas-ın bu ittihamları geniş müzakirələrə səbəb olub və bir çoxları "Tesla"nın bu robot dizaynlarının yaradılmasında filmdən ilhamlandığını düşünür.

Posted 
Oct 15, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All